Elçin Mirzəbəyli: “Namizədliyimin qeydə alınmamasını faciə hesab etmirəm” - MÜNASİBƏT
"Namizədliyimin qeydə alınmamasını faciə hesab etmirəm". SİA-ya açıqlamasında bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli deyib. Namizədliyindən imtina ilə bağlı qərarı hələ almadığını söyləyən E.Mirzəbəyli bundan sonra atacağı addımlara da aydınlıq gətirib: "İnsan siyasətdə uduza da bilər, uda da. Burada hansısa faciə axtarmağa dəyməz. Mübarizəm isə təbii ki, hüquqi müstəvidə olacaq. Mərkəzi Seçki Komissiyasına müraciət olunacaq və sözügedən qurum nə qərar qəbul etsə hörmətlə yanaşacam. Eləcə də digər qeydə alınmayan namizədlər də eyni cür hərəkət edəcəklər".
E.Mirzəbəyli "İslahat Bloku" siyasi partiyalar blokunun irəli sürdüyü namizədlərin imza vərəqələrinin yoxlanılmasının davam etdiyini deyib. O, namizədlərin əksər hissəsinin imza vərəqələrini vərəqələrin dairə seçki komissiyalarına qaytarılması üçün müəyyən olunan sonuncu gün, yəni oktyabrın 8-də təhvil verdiyini bildirib. Qeydə alınacaq namizədlərlə bağlı son məlumatın oktyabrın 14-ü bəlli olacağını diqqətə çatdıran BAXCP-ın beynəlxalq məsələlər üzrə katibi indiyə kimi blokun 17 namizədinin qeydə alındığını vurğulayıb.
Qeyd edək ki, E.Mirzəbəylinin namizədliyi 73 saylı Lənkəran seçki dairəsindən qeydə alınmayıb. "İslahat Bloku" siyasi partiyalar blokuna isə BAXCP-dən başqa Böyük Quruluş, Ədalət və Təkamül partiyaları daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB