İndiyə kimi “Qarabağ”ın 15 namizədinin qeydə alınmasından imtina edilib

İndiyə kimi “Qarabağ”ın 15 namizədinin qeydə alınmasından imtina edilib

"Qarabağ" siyasi partiyalar blokunun irəli sürdüyü namizədlərdən indiyə kimi 22-nin namizədliyi qeydə alınıb. SİA-ya bu haqda blokun təmsilçilərindən olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyyət Əliyev məlumat verib.

 

Namizədliyindən imtina edilənlərin sayının 15 olduğunu deyən T.Əliyev bildirib ki, 7 nəfər namizədlikdən özü imtina edib. Blokun irəli sürdüyü namizədlərdən 2-nin imza vərəqələri və digər zəruri sənədləri qəbul edilməyib. ADP-nin sədr müavini blokun digər namizədlərinin imza vərəqələrinin hal-hazırda yoxlanıldığını söyləyib. T.Əliyev blokun irəli sürdüyü namizədlərin qeydə alınmasından imtina edilmənin qanun pozuntusu olduğunu və bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edildiyini, bir neçə müraciətin isə hazırlandığını qeyd edib. O, pozuntuların ATƏT-in müşahidə missiyası tərəfindən də araşdırıldığını deyib.

 

Qeyd edək ki, "Qarabağ" siyasi partiyalar blokuna ADP-dən başqa, Ümid və Aydınlar partiyaları da daxildir. Blok seçkilərə 99 namizəd irəli sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə