Qabil Hüseynli: “BMT-nin sanksiyaları Azərbaycan-İran hərbi əməkdaşlığını mümkünsüz edir” - AÇIQLAMA

Qabil Hüseynli: “BMT-nin sanksiyaları Azərbaycan-İran hərbi əməkdaşlığını mümkünsüz edir” - AÇIQLAMA

"Azərbaycan-İran hərbi əməkdaşlığı üçün bir neçə maneə mövcuddur". SİA-ya açıqlamasında bu sözləri politoloq Qabil Hüseynli İran müdafiə naziri Əhməd Vahidinin Azərbaycana səfərinə və iki ölkənin mümkün hərbi əməkdaşlığına münasibət bildirərkən deyib.

 

Ekspertin Azərbaycan ordusunun tədricən NATO standartlarına keçdiyini söyləyib. Müharibənin ilk illərində də Azərbaycanın İranla müəyyən dərəcədə hərbi əməkdaşlıq etdiyini diqqətə çatdıran ekspert hesab edir ki, Azərbaycan ordusunun silahlanması və bir çox məsələlərdə NATO standartlarına yaxınlaşması bu əməkdaşlığın yenidən yaradılmasına maneə yarada bilər: "Rəsmi Tehran yenidən hərbi əməkdaşlıq təklif edir. Lakin bu əməkdaşlıq bir neçə səbəbdən çətin görünür. İrana qarşı BMT-nin sanksiyaları var. Bu sanksiyalar Azərbaycan-İran hərbi əməkdaşlığını mümkünsüz edir. Amma sərhəd məsələlərində, istər dəniz , istərsə də quru sərhədlərinin qorunmasında, kəşfiyyat məlumatlarının mübadiləsində əməkdaşlıq etmək olar".

 

İran-Azərbaycan hərbi əməkdaşlığının Azərbaycan-ABŞ, ümumilikdə Azərbaycan-Qərb münasibətlərinə mənfi təsir edəcəyi ehtimalına gəlincə, Q.Hüseynli bildirib ki, Azərbaycan BMT-nin qəbul etdiyi sanksiyalara əməl etməyə çalışacaq. Ekspert həmçinin qeyd edib ki, Azərbaycan strateji maraqlarına xidmət edən addımlar atmaqda da müstəqildir.

Bütün xəbərlər Facebook səhifəmizdə