Azərbaycanla Kuba arasında İKT sahəsində hökumətlərarası saziş imzalanıb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi İKT sektorunun təmsilçilərindən ibarət nümayəndə heyəti Kubada səfərdə olublar. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun SİA-ya verdiyi xəbərə görə, 8 oktybr tarixində Kubanın Havana şəhərində İKT üzrə Kuba-Azərbaycan biznes forumu keçirilib, iki ölkə arasında İKT üzrə qarşılıqlı əlaqələr müzakirə olunub, Kubanın aparıcı İnformasiya Elmləri Universitetində iki ölkə arasında elmi naliyyətlərin mübadiləsinə dair razılıq əldə olunub.
Daha sonra Kuba baş nazirinin müavini, rabitə və informasiya naziri ilə görüş keçirilib, qarşılıqlı əlaqələr müzakirə olunub və İKT sahəsində hökumətlərarası saziş imzalanıb. Sazişdən irəli gələn müddəaların yerinə yetirilməsi üçün hər iki tərəfdən işçi qrupları yaradılıb və elə həmin gün işçi qrupunun birinci iclası keçirilib.
Oktyabrın 9-da isə, Kubanın Poçt Administrasiyasında görüş keçirilib, Azərbaycanın poşt sektorunda əldə etdiyi naliyyətlər barədə məlumatlar verilib, fikir mübadiləsi aparılıb. Elə həmin gün Kubanın vitse-prezidenti Rikardo Kabrisas Ruiz Azərbaycanın rəsmi nümayəndə heyətini qəbul edib. Səfərin baş tutmasına görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edən vitse-prezident Azərbaycan tərəfindən Kubanın İKT sektoruna investisiya qoyuluşunu, Azərbaycan kompüterlərinin Kubada istehsalı və Cənubi Amerika bazarında satışını, Kubada internet xidmətlərinin genişləndirilməsi məsələlərinin təşviq edib, iki ölkə arasında imzalanan sazişdən irəli gələn müddəaların icrası üçün Kubanın müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Vitse-prezident Azərbaycan-Kuba iqtisadi münasibətlərlərinin gücləndirilməsində bu səfərin, səfər müddətində imzalanan sazişin və aparılan danışıqların mühüm əhəmiyyətə malik olacağını xüsusi vurğulayıb.
Görüş və toplantılarda Azərbaycanın Kubadakı səfiri Aqşin Mehdiyev və həmin ölkədəki işlər vəkili İlham Ağayev iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB