Teymur Abdullayev: "Ermənistanın nə düşündüyü bizim üçün heç bir əhəmiyyət kəsb etmir"
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev erməni Manvel Sarıbekyanın ölümü ilə əlaqədar SİA-ya açıqlama verib. Onun sözlərinə görə, Sarıbekyanının ölümü ilə bağlı bütün araşdırmalar aparılıb və hadisənin intihar olduğu aşkarlanıb: "Manvel Sarıbekyan Azərbaycan tərəfinə keçmişdi, o özü də etiraf etmişdi ki ermənilər tərəfindən qurulan bir plan nəticəsində Azərbaycana gəlib. Bir neçə nəfərlə birgə Azərbaycana qrup halında gələn Sarıbekyan və onun dəstəsi öz niyyətinə çata bilmədi. Qrup ələ keçirildi və törədiləcək hadisələrin qarşısı alındı".
Sarıbekyanın Azərbaycanda terror hadisələri planladığını deyən Teymur Abdullayev bütün bunları ölümündən öncə özünün etiraf etdiyini qeyd edib: "Azərbaycana ermənilər tərəfindən göndərilən Sarıbekyan ölmədən öncə özü etiraf etmişdi ki, ermənilərin verdiyi tapşırıqlar sırasında Azərbaycanda bir məktəbi partlatmaq da var idi".
Ermənilərin Sarıbekyanın intiharına inanmamasına münasibət bildirən rəis müavini bildirib ki, bu barədə ermənilərin fikirləri Azərbaycan tərəfi üçün əhəmiyyətli deyil: "Ermənilər iddia qaldırıblar ki, guya Sarıbekyan intihar etməyib, burda öldürülüb. Amma bu fikirlər bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Ermənistanın nə düşündüyü bizə maraqsızdır. Azərbaycan Müdafiə Nazirliyi və Hərbi Prokurorluq ölümün intihar olduğu haqda faktlara əsasən birgə məlumat veriblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB