"YAP qadın üzvlərinin sayına görə də örnəkdir" MÖVQE

"YAP qadın üzvlərinin sayına görə də örnəkdir" MÖVQE

“Yeni Azərbaycan Pariyasının (YAP) yaradılması xalqımızın siyasi həyatında ən mühüm hadisədir. Tarix baxımından 25 il qısa bir zaman kəsiyi olsa da, bu partiyanın gördüyü işlər və dünyada qazandığı nüfuz çox böyük əhəmiyyətə malikdir”. Bunu SİA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova deyib.

Yeni Azərbaycan Partiyasının 50 faizə yaxın üzvünün qadınlardan ibarət olduğunu dilə gətirən komitə sədri söyləyib ki, partiya bu baxımdan da digərlərinə örnəkdir.

Onun sözlərinə görə, hazırda Azərbaycanın ictimai həyatının bütün sahələrində qadınların sayı və rolu getdikcə artır: “Bu, Azərbaycan Prezidentinin qadınlara yüksək qayğısının və etimadının daha bir göstəricisidir. Artıq ölkənin bütün sahələrində qadınlar böyük rol oynayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmiz və xalqımızın gələcəyi üçün var qüvvəsi ilə çalışır, bütün sahələrdə böyük işlər görür. Bu gün hər bir Azərbaycan vətəndaşı, o cümlədən qadınlarımız ölkəmizə Ulu öndər Heydər Əliyevin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərlik etməsindən qürur duyur. Prezidentimizin reallaşdırdığı böyük siyasətin nəticəsində Azərbaycan uğurlu inkişaf yolunda inamla irəliləyir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə