Bu günə qədər 504 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Oktyabrın 10-dək Azərbaycan Respublikasında 125 seçki dairəsi üzrə 504 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dairə seçki komissiyalarında 1438 nəfərin namizədliyi təsdiq edilib.
Onlardan 1412-si imza vərəqi götürüb. 1115 nəfər imza vərəqlərini və zəruri olan digər sənədləri dairə seçki komissiyalarına təhvil verib. 7 nəfər isə namizədliyini geri götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB