Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri dekabr ayında Vyanada ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşə razılıq verib. SİA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun bəyanatında deyilir.
ATƏT Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) ayrı-ayrılıqda Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan və Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla görüşlər keçirib. Bu görüşlərdə ATƏT sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik də iştirak edib.
Həmsədrlər qeyd edib ki, onlar nazirlərinin görüşünün gündəliyini hazırlayacaq: “Buraya siyasi həll yolunun əsas məsələləri, eləcə də qoşunların qarşıdurma xəttində gərginliyin azaldılması üzrə konkret tədbirlər daxil ediləcək. Bundan başqa, əsas diqqət ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsinə ayrılacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB