İran parlamentin sədri Əli Laricaninin Ermənistana səfəri başa çatıb

İran parlamentin sədri Əli Laricaninin Ermənistana səfəri başa çatıb

İran parlamentin sədri Əli Laricaninin Ermənistana səfəri başa çatıb. Əli Laricani İrəvandan Qazaxıstana yola düşüb. SİA-nın "Panorama.am"a istinadən verdiyi məlumata görə, Əli Laricaninin jurnalistlərə açıqlamasında "İranla Ermənistan arasında dostluq əlaqələrinin genişlənməsi sayəsində bölgədə təhlükəsizlik üçün əlverişli mühit yaranıb" deyib.

Səfər zamanı Əli Laricanini İran xarici işlər nazirinin parlament və konsul məsələləri üzrə məsul şəxsləri, İslam məclisinin iki erməni deputatı, eləcə də parlamentin İran-Ermənistan dostluq qrupunun üzvləri müşaiyət edib.

Əli Laricani İrəvandan Qazaxıstana yola düşücək.

Noyabrda isə parlamentin sədrinin Bakıya səfəri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə