“Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Noyabrın 8-də Bakıda "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə SİA-ya AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. O bildirib ki, üç gün davam edəcək beynəlxalq konfransda 100-ə yaxın məruzənin dinləniləcək.

O qeyd edib ki, dünyanın ayrı-ayrı ölkələrində çalışan azərbaycanlı alim və mütəxəssislər də konfransa dəvət olunacaqlar. Direktorun sözlərinə görə, beynəlxalq tədbirdə Türkiyə, Rusiya, Avstriya və digər ölkələrin alimləri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə