Yaponiya iqtisadiyyatını canlandırma paketi təsdiqlənib

Yaponiya iqtisadiyyatını canlandırma paketi təsdiqlənib

Yaponiyanın Nazirlər Kabineti ölkə iqtisadiyyatındakı zəifləmənin qarşısını almaq üçün ciddi addımlar atır. SİA-nın məlumatına görə, sözügedən qurum milli pul vahidi olan "yen"dəki dəyərlənmə ilə mübarizə etmək üçün 61,3 milyard dollar həcmində əlavə büdcənin ayrılmasını təsdiqləyib. Parlamentdə isə bu ay müzakirəyə çıxması gözlənilən əlavə büdcə haqqında müzakirənin nəticələrinə görə, ölkədaxili iqtisadi inkişaf 0.6 faiz nisbətində artacaq.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən əlavə büdcə Yaponiya Mərkəzi Bankının açıqladığı faiz nisbətilərindən sonra qərara alınıb. Onu da nəzərinizə çatdıraq ki, Yaponiya Maliyyə Naziri Yoşihiko Noda yenin dəyər qazanmasının borcluları çətin vəziyyətdə qoyduğunu, biznesi, sərmayələri və istehlakçı xərclərini yaraladığını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə