Qəbul proqramının təkmilləşdirilməsi ilə bağlı işçi qrupları yaradılıb

Qəbul proqramının təkmilləşdirilməsi ilə bağlı işçi qrupları yaradılıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) coğrafiya fənni üzrə elmi-metodiki seminar keçirilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminarda qəbul proqramı müzakirəsi olunub.

Seminarın rəhbəri, BDU-nun professoru M.Müseyibov və E.Əlizadə hazırda respublikanın orta ümumtəhsil məktəblərində coğrafiya fənnindən qüvvədə olan tədris proqramı və yeni nəşr olunmuş dərsliklərdəki əlavələr və dəyişikliklər barədə ətraflı məlumat veriblər. Onlar növbəti iclasa qədər qəbul proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflərin TQDK-ya təqdim edilməsini bildiriblər.

İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan,Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak edib və onlayn sistemində internet vasitəsilə videobağlantı əsasında qəbul proqramı ilə bağlı öz təkliflərini veriblər. Seminar iclasında qəbul proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflərin ümumiləşdirilməsi məqsədilə işçi qrupları yaradılıb. Növbəti seminar iclasında qəbul proqramının müzakirəsi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə