Bu il dünya internet trafiki 62 faiz artıb

Bu il dünya internet trafiki 62 faiz artıb
2010-cu il ərzində dünya internet-trafik həcmi 62 faiz artıb. SİA-nın məlumatına görə, bu barədə TeleGeography şirkəti tərəfindən aparılmış tədqiqatların nəticələrində bildirilir. Ötən ilin göstəriciləri ilə müqayisədə (74 faiz) hesabat dövründə şəbəkə kommunikasiyaları həcminin artım tempinin bir qədər zəif olması müşahidə olunur, bununla belə ümumi tendensiyası hələ davam etməkdədir.

Əsas fəallıq Şərqi Avropa, eləcə də Cənub-Şərq Asiya və Hindistanda müşahidə olunur. Trafik həcminin az qala 100 faizlik artımı Yaxın Şərqdə qeydə alınıb. Bununla yanaşı TeleGeography-nin təqdim etdiyi hesabatda bildirilir ki, internetin istifadə səviyyəsinin ən yüksək olduğu regionlar, yəni Qərbi Avropa və Şimali Amerika da stabil artım tempi nümayiş etdirir – il ərzində 50 faizdən artıqdır.

Araşdırmada həmçinin bildirilir ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında internet-texnologiyaların inkişafı baxımdan əvvəlki kimi böyük fərq mövcuddur. Misal üçün, 8 milyona yaxın əhalisi olan Avstriyada, internet istifadəçilərinin sayı bütöv Afrika qitəsinin Qlobal Şəbəkəyə çıxışı olan sakinlərinin sayından çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə