Еlçin Mirzbəylinin namizədliyinin qeydə alınmasından imtina edilib
73 saylı Lənkəran Dairə Seçki Komissiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəylinin namizədliyini qeydə almaqdan imtina edir. Bunu SİA-ya namizədin özü deyib. BAXCP-nin mətbuat xidmətindən verilən məlumata görə, Elçin Mirzəbəyli adıçəkilən DSK-ya sənədlərini oktyabrın 1-də təqdim etsə də ona imza vərəqələrinin və digər sənədlərin təhvil verilməsi ilə bağlı arayış qanunsuz olaraq otyabrın 4-də təqdim olunub.
E.Mirzəbəyli bununla bağlı bəyanat verib. Bəyanatda deyilir: "Bu müddət ərzində mənə təqdim olunan sənədlərdə hər hansı qanun pozuntusu ilə bağlı məlumat verilməyib. Nəticədə isə deputatlığa namizədliyimin qeydə alınmaması ilə bağlı ilkin qərar qəbul olunub. Dairə Seçki Komissiyasının sədri Kərim Heydərov mənimlə telefon söhbətində namizədliyimin qeydə alınması üçün ciddi problemlərin olduğunu bildirdi və əsassız iddialarlda çıxış etdi". Deputatlığa namizədliyi irəli sürülən Elçin Mirzəbəylinin sözlərinə görə, Dairə Seçki Komissiyasına sənədlərin təqdim edildiyi ilk gündə ona ciddi problemlər yaradıb: "Öncə heç bir əsaslı sübut-dəlil gətirmədən sənədlərimi qəbul etmək istəmir və məni inandırimaq üçün əyalət səviyyəli primitiv üsullara əl atırdılar. Daha sonra oktyabrın 1-də təqdim etdiyim sənədlərə görə arayış oktyabrın 4-də təqdim edildi. Dairənin sədri Kərim Heydərov mənim qeydə alınmamağım barədə sabiq deputat Rüfət Quliyevin və Rayon icra strukturlarını təmsil edən bir sıra şəxslərin xüsusi sifariş verdiyini dilə gətirdi. Və özünün bu prosesin içində olmadığını da vurğuladı. Bütün cəhdlərimə baxmayaraq, təqdim olunan sənədlərin yoxlarınlması barədə nə mənə, nə də "İslahat Bloku"nun səlahiyyətli nümayəndələrinə heç bir məlumat verilmədi. Dairə seçki komissiyasının sədri ilə son telefon danışığında da ənənəvi olaraq istifadə olunan yayındırıcı fikirlər səsləndirildi.
Bu proseslər sübuta yetirir ki, 73 saylı Darə Seçki Komissiyasının rəhbərliyi hazırda deputaptlığa namizədliyi təsdiq olunan deputat Rüfət Qülueyevin yolunu ciddi namizədlərdən təmizləmək üçün müvafiq qanunazidd addımlar atmaqdadır və öz "missiyasını" ardıcıllıqla həyata keçirir. Bütün bunları nəzərə alaraq bəyan edirəm ki, deputaitlığa namizədliyimin qeydə alınması ilə bağlı müvafiq addımlar atılmayacaqsa, bütün mümkün hüquqi imkanlardan istifadə edərək, öz hüquqlarımı müdafiə etməyə çalışacağam və qanuni mövqeyimdən bir addım da kənara çəkilməyəcəyəm. 2005-ci ildə mənim səslərimi oğurlayaraq deputat seçilmiş Rüfət Quliyevin yenidən eyni üsullara Azərbaycan Respublikasının yüksək trunasında təmsil olunmasına iimkan verməyəcək və hüquqi müstəvidə barışmaz mücadiləmi davam eitdirəcəyəm.
Bütün şüurlu fəaliyyətini dövlətin və millətin maraqlarının qorunmasına sərf edən, mübarizəsini açıq-aşkar, üz gözlətmədən aparan, öz prirsipial və ardıcıl mövqeyi ilə seçilən bir insana qaprşı baş verən haqsızlıqlar aradan qaldırılmalıdır: "Mən ölkə rəhbərliyini, müvafiq seçki qurumlarını baş vermiş və baş verməkdə olan qanunsuzluqlara, sifarişli qərara qarşı sərt münasibət gömtərməyə çağırırıam, Dövlətçiliyə xidmət edən insanların hüquqlarının müxğəlif saxtakarlıqlara, qərəzli münasibətlə və sifaşli əməllərə tapdanması ölkəmizdə demokratiyanın və qanının aliliyinin təmin olunmasına maneə yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB