"İslam dininin qanunlarına görə qəbirlərin üstünün dəbdəbəli şəkildə götürülməsi haramdır"

"İslam dininin qanunlarına görə qəbirlərin üstünün dəbdəbəli şəkildə götürülməsi haramdır"

"Bu gün Gəncə şəhərində qəbirlərin şəriətə uyğun götürülməsi üçün yeni qəbristanlığa ehtiyac var". Bu sözləri SİA-nın bölgə müxbirinə Gəncə şəhər Şah Abbas "Cümə" məscidinin axundu İsgəndər Məmmədov deyib. Onun sözlərinə görə, dəfn olunan müsəlmanın qəbirinin üstünün qiymətli daşlardan götürülməsinin qarşısını ancaq bu yolla almaq mümkün ola bilər.

 

"Sovetlər dönəmində dinimizin düzgün təbliğ edilməməsi bu gün bir sıra problemlər yaradıb. İslam dininin qanunlarına görə qəbirlərin üstünün dəbdəbəli şəkildə götürülməsi haramdır. Düşünürəm ki, yaranan vəziyyətdən yeganə çıxış yolu yeni qəbristanlıq üçün ərazinin ayrılmasıdır. Burada əvvəlcədən İslam dininin qaydalarına uyğun olaraq qəbirlər götürülsün, sıra, cərgə formaları tətbiq edilsin. Bundan başqa irəli sürülən təkliflər qeyri-real görünür, sadəcə sözdən başqa heç nə ifadə etmir", deyə İ. Məmmədov əlavə edib.

Məlumat üçün bildirək ki, Gəncə şəhərində bu gün 3 müsəlman və 1 xristian qəbristanlığlı var. Burada dəfn edilən şəxslərin əksəriyyətinin qəbirlərinin götürülməsinə böyük miqdarda vəsait xərclənib.

Bütün xəbərlər Facebook səhifəmizdə