Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq "AXCP-Müsavat" siyasi partiyalar blokunun təyin etdiyi 11 səlahiyyətli nümayəndənin təsdiq edilməsi məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, bununla bağlı MSK-ya müvaviq sənədlər daxil olub və səlahiyyətli nümayəndələrin qeydə alınması üçün əsaslar var. Səlahiyyətli nümayəndələr MSK üzvləri tərəfindən təsdiq edilib.

 

Demokratik Azərbaycan Dünyası Partiyası tərəfindən vəkil edilmiş şəxslərin qeydiyyatı məsələsinə baxıldıqdan sonra 2010-cu il noyabrın 7-nə təyin olunmuş Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar fərdi namizədlərin, partiya və bloklardan namizədliyini irəli sürən şəxslərin şikayətlərinə baxılıb. 101 saylı Göygöl-Daşkəsən, 25 saylı Nizami ikinci, 59 saylı Salyan, 94 saylı Bərdə kənd, 50 saylı Qobustan-Xızı-Sumqayıt, 86 saylı İsmayıllı, 94 saylı Bərdə kənd, 119 saylı Ağdam kənd, 115 saylı Şəki kənd, 42 saylı Sumqayıt ikinci, 67 saylı Cəlilabad şəhər, 18 saylı Nərimanov-Nizami seçki dairələri ilə bağlı müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

 

İclasda həmçinin, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə də baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə