İndiyə qədər 125 seçki dairəsi üzrə 1436 nəfərin namizədliyi təsdiq edilib. SİA-nın məlumatına görə, bu haqda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.
Namizədliyi təsdiqlənən şəxslərdən 1407 nəfərin dairə seçki komissiyalarından imza vərəqələri götürdüyünü deyən Komissiya sədri onlardan 460 nəfərin namizədliyinin qeydə alındığını bildirib. Müşahidəçilərin qeydiyyatının da davam etdiyini söyləyən M.Pənahov ölkə üzrə seçkini müşahidə etmək üçün MSK-ya 1083 müraciətin daxil olduğunu və bütün müraciətlərin müsbət cavablandırıldığını qeyd edib. Konkret seçki dairələrində müşahidə aparmaq üçün qeydiyyatdan keçənlərin sayı isə 3695 nəfərdir. Konkret seçki dairələrində müşahidə aparmaq istəyənlərin 900 nəfəri öz təşəbbüsü ilə müraciət edib, 2366-sı isə siyasi partiya və seçki blokları tərəfindən irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB