Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdə terrorla mübarizə və Suriyadakı vəziyyət müzakirə ediləcək.
Məlumata əsasən, görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, enerji sektorunda ticari-iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə olunacaq məsələlər sırasına daxil ediləcək.
Xatırladaq ki, bunda öncə açıqlanan məlumatlarda iki lider arasında görüşdə müzakirə ediləcək məsələlərdən birinin Dağlıq Qarabağ münaqişəsi olduğu deyilirdi.
Məlumat üçün nəzərinizə çatdıraq ki, prezidentlər arasında telefon danışığı oktyabr ayının sonunda baş tutub. Putin və Ərdoğan birgə enerji layihələrinin həyata keçirilməsi, o cümlədən ikitərəfli əməkdaşlığın inkişafı, Suriya məsələsi, terrorizmə qarşı mübarizə istiqamətində səylərin artırılmasını müzakirə ediblər. Putinin Türkiyəyə son səfəri, cari ilin sentyabr ayında, Ərdoğanın Rusiyaya son səfəri isə 2017-ci ilin may ayında baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB