QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində Ombudsman müxtəlif təkliflər hazırlayıb
Respublika QİÇS-lə Mübarizə Mərkəzində ənənəvi olaraq 1 dekabr-QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Gününə hazırlıqla bağlı tədbirlər planının tərtibi məqsədilə toplantı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Elmi-analitik sektorunun baş məsləhətçisi Müqalib Mahmudov çıxış edib. O, Ombudsman Elmira Süleymanovanın fəaliyyətə başladığı ilk vaxtlardan əhalinin zəif təbəqələrinin, o cümlədən də İİV virusuna yoluxmuş şəxslərin və QİÇS xəstələrinin hüquqlarının müdafiəsinə daim diqqət yetirdiyini, onun təşəbbüsü ilə paytaxtda və regionlarda insan hüquqları mövzusunda keçirilən bütün maarifləndirmə tədbirlərində İİV/QİÇS və narkomaniyaya qarşı mübarizənin önə çəkildiyini bildirib.
Ombudsman Aparatı, Müvəkkilin regional mərkəzləri və Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə təsisatda və ölkəmizin ayrı-ayrı bölgələrində silsilə maarifləndirici tədbirlərin, seminarların, dəyirmi masaların keçirilməsinin səmərəli olduğu qeyd edilib. Aparatın əməkdaşı vurğulayıb ki, bu tədbirlərdən məqsəd ağrılı problemin bir daha ictimaiyyətin diqqətinə çatdırılması, İİV-ə yoluxmuş insanların hüquqlarının təmin edilməsi istiqamətində səylərin daha da artırılması, ölkəmizdə QİÇS-lə mübarizə sahəsində görülmüş işlər və qarşıda duran problemlər barədə əhalinin məlumatlandırılması olub.
M.Mahmudov hər il olduğu kimi, bu il də QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində əhalinin müxtəlif qrupları arasında bu istiqamətdə silsilə maarifləndirmə işlərinin davam etdirilməsini, Aparatın və regional mərkəzlərin əməkdaşlarının iştirakı ilə teleradio kanallarında, o cümlədən regional televiziyalarda verilişlərin təşkil edilməsini və digər kütləvi informasiya vasitələrində geniş məlumatlar verilməsini, müxtəlif çap vəsaitlərinin əhali, xüsusən də gənclər arasında yayılması, İİV/QİÇS-dən əziyyət çəkən insanların hüquqlarının müdafiəsi işinə diqqətin daha da artırılması məqsədilə mümkün olan bütün zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı Ombudsmanın təkliflərini nəzərə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB