Gəncə şəhərində yol hərəkətinin pozulması ilə bağlı 20 min 660 fakt aşkarlanıb
Cari ilin müvafiq dövrü ərzində Gəncə şəhərində yol hərəkəti qaydalarının pozulması ilə bağlı 20 min 660 fakt təsdiq edilib. Qanun pozuntuları arasında 1465 sürücü avtomobilini sərxoş vəziyyətdə, 2219 halda isə nəqliyyat vaistələri nəzərdə tutulamayan yerlərdə yüksək sürətlə idarə olunub, 992 hal yol ayrıcını keçmə və müxtəlif qanun pozuntularını əhatə edir.
Aparılan tədbirlər zamanı 51 sürücü 1 il müddətində avtomobili idarə etməkdən məhrum edilib. Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Fazil Cəfərovun SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, il ərzində 12 sürücü avtoxuliqanlıq etdiyinə görə, onlar barəsində müəyyən olunan tədbirlər aidiyyəti məhkəmələrə göndərilib.
"Bizi son zamanlar Gəncə şəhərində avtoxuliqanlıq edən sürücülərin artması narahat edir. Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, təkcə oktyabr ayının bir həftəsində 4 avtoxuliqan tutularaq məsuliyyətə cəlb olunub", Cəfərov deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB