Bu gün Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Kubaya ikigünlük səfəri başlayır. SİA-nın məlumatına görə, Kubanın informasiya və rabitə naziri Ramiro Valdes Menendesin dəvəti ilə həyata keçirilən səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi, həmçinin iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin imzalanması planlaşdırılır.
Həmçinin bu günlərdə Havanada telekommunikasiya və informatika üzrə 1-ci Kuba-Azərbaycan biznes-forumu təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB