İran XİN-nin sözçüsü: “5 ölkədən birinin razılıq verməməsi Xəzərin hüquqi status məsələsini çətinləşdirir”

İran XİN-nin sözçüsü: “5 ölkədən birinin razılıq verməməsi Xəzərin hüquqi status məsələsini çətinləşdirir”

Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısı dekabr ayında Bakıda keçiriləcək. SİA-nın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst deyib. O bildirib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi 5 ölkənin səlahiyyətinə aiddir və hazırda Xəzərin hüquqi statusunun 70 faizi beş ölkə arasında razılaşdırılıb.

 

R. Mehmanpərəstin sözlərinə görə, 5 ölkədən birinin razılıq verməməsi qərarın qəbul edilməsi prosesini çətinləşdirir. O, Xəzəryanı ölkənin dövlət rəhbərlərinin görüşündə qalan 30 faiz məsələlər də həll olunacağına ümidvar olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə