Avropada birinci, dünyada üçüncü: Ermənistanın yoxsulluq indeksi dərc olunub ANALİTİKA
Erməni analitiki: ““Global Militarization Index 2016” yalnız Ermənistanın ağır dərəcədə militarizasiya olunmuş ölkə kimi deyil, həmçinin, dəhşətli şəkildə yoxsul ölkəyə çevrildiyini sübuta yetirən danılmaz sübutdur”
“Ermənistan – Avropada birinci, dünyada isə üçüncü militarizasiya olunmuş ölkədələr sırasındadır. Bu barədə “Global Militarization Index 2016” analizinin nəticələrində göstərilib”. SİA xəbər verir ki, sözügedən məlumatı Ermənistanın 1in.am saytının analitiki Sarqis Artsruni öz şərhində qeyd edib. Onun fikrincə, militarizasiyanın ölçüsü təhsil və səhiyyəyə ayrılan vəsaitlərə görə də hesablanır. “Gələn ilin büdcə layihəsinə görə gələn il təhsilə və səhiyyəyə ayrılacaq vəsait daha da azaldılacaq, bu isə “Global Militarization Index”in siyahısında Ermənistanın daha yüksək yer tutacağına işarədir”-deyə yazan erməni analitikinə görə, məhz bu analiz ölkənin gələcək perspektivi istiqamətində yalnız təlaşlı fikirlər yaradır. SİTAT: “Birincisi, militarizasiya olunmuş ölkələr əslində güclü vətəndaş cəmiyyətinə, müstəqil iqtisadiyyata, keyfiyyətli siyasi sitemə malik olan ölkələr sırasına aid deyillər. Ermənistan mövcud imici ilə xarici investisiya qoyuluşunu obyektiv olaraq gözləyə bilməz.
“Xarici partnyorlar ölkənin sülhməramlı təşəbbüslərinə şübhə ilə yanaşırlar”
Analitikə görə, biznes mühiti militarizasiya olunmuş ölkələrdən bacardıqca kənarda dayanmağa çalışır və yalnız ona görə yox ki, qonşu ölkələrlə açıq, ya da qeyri-açıq şəkildə münaqişə şəraitində yaşayırlar. Mövcud ölkələr korrupsiyalaşmış, eləcə də aşağı səviyyəli idarəçiliyi olan və ədalət qanunları kasad olan ölkələrdirlər. Militarizasiyanın yükəsk həddi Ermənistanın siyasi imicinə də neqativ təsirlərini göstərir, çünki xarici partnyorlar ölkənin sülhməramlı təşəbbüslərinə şübhə ilə yanaşırlar”.
Beləliklə, Sarqis Artsruni açıq-aydın etiraf edir ki, Ermənistan bütün cəhətlərdən – iqtisadiyyat, ölkə idarəçiliyi, sosial mühit və s. amillərdən kənar olan bir ölkədir və bunun nəticəsi olaraq heç bir xarci ölkə onun ölkəsi ilə etibarlı tərəfdaş olmağa can atmır. Belə ki, qeyd edilən faktlar bütün bunlara ciddi baryerlər qoyub.
“Ermənistan hakimiyyəti müdafiə məsələlərində, silah alışında qənaət edə bilmir və nəticədə büdcədə kəsirlər yaranır ki, insanlar yüksək tibbi xidmət və normal təhsilə yiyələnmək baxımından aciz qalırlar”
Erməni müəllif onu da hesab edir ki, militarizasiyalaşmış Ermənistanın bu həddə çatmasına daha bir səbəb yoxsulluq həddinin aşması faktorudur. “Ermənistan hakimiyyəti müdafiə məsələlərində, silah alışında qənaət edə bilmir və nəticədə büdcədə kəsirlər yaranır ki, insanlar yüksək tibbi xidmət və normal təhsilə yiyələnmək baxımından aciz qalırlar”-qeyd edən Artsruni fikirlərinə əlavə olaraq şərh edir ki, bütün bunlar Ermənistan iqtisadiyyatını durğunluğa, məhvə sürükləyir: “Əgər tərəqqi olsaydı, istər humanitar, istərsə də sosial sferalardakı iqtisadiyyat təbii olaraq inkişaf edərdi, üstəlik, bu istiqamətdəki dövlət xərcləri azaldılmazdı və Ermənistanın militarizasiyası bu qədər yüksək həddə çatmazdı. Bütün bunlar isə yerli və beynəlxalq müşahidəçilərin diqqətindən kənarda qalmayıb”.
Sarqis Artsruni sonda hesab edir ki, ““Global Militarization Index 2016” yalnız Ermənistanın ağır dərəcədə militarizasiya olunmuş ölkə kimi deyil, həmçinin, dəhşətli şəkildə yoxsul ölkəyə çevrildiyini sübuta yetirən danılmaz sübutdur”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB