“Çox təəssüflər olsun ki, dində ayrı-ayrı parçalanmalar dini zəiflədir, cəmiyyətin parçalanmasına zəmin yaradır. Bu da qırğınlara, müharibələrə səbəb olur. Şərqdə baş verən hadisələr buna bariz sübutdur”. SİA-nın verdiyi məlumata görə, bunu bugün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı “Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar” adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəzi hallarda demokratiyanın mahiyyəti düzgün qiymətləndirilmir: "Bəziləri elə bilir ki, demokratiya varsa insan nə istəyirsə danışa bilər. Lakin cəmiyyət içərisində hər istədiyini demək olmaz. Çünki hər kəsin anlama tərzi fərqlidir. Bu da müəyyən mənada yalnış anlamalara səbəb ola bilər”.
S.Salahlı qeyd edib ki, İslam dinin prinsipləri sülhün aşılanmasına yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB