Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən zəngin ölkələrinin adını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, BVF "2010 - Dünyanın İqtisadi Görünüşü" adlı hesabat hazırlayıb. Hesabata görə, ABŞ bu il dünyanın ən böyük iqtisadiyyatları arasında ilk sıradakı yerini qoruduğu halda, milli gəlirin miqdarına görə, Çin ilk dəfə Yaponiyanı geridə qoyaraq ikinci böyük iqtisadiyyat olub. Fondun hesablamalarına görə, Türkiyənin gələn il Hollandiyanı geridə qoyaraq 16-cı sıraya yüksəlməsi gözlənilir.
ABŞ milli gəlirin həcminə görə, 14,6 trilyon dollarla ilk sırada yer alıb. Çin uzun müddətdir ki, ikinci sırada olan Yaponiyanı geridə qoyaraq 5,7 trilyon dollarla ikinci sıraya yerləşib. Yaponiya isə 5,4 trilyon dollarla 3-cü yerə düşüb, Yaponiyanın da 2015-ci ilə qədər bu yerdə qalması gözlənilir. Ən böyük iqtisadiyyatlar sıralamasında Almaniya 3,3 trilyon dollarla dördüncü yerdədir. Almaniyanı 2,6 trilyon dollarla Fransa, 2,2 trilyon dollarla İngiltərə, 2 trilyon dollarla İtaliya və Braziliya izləyir. Kanadanın 2010-cu il üçün gözlənilən gəliri 1,6 trilyon dollardır. Rusiya da 1,5 trilyon dollarla ən böyük 10 iqtisadiyyat arasındakı yerini qoruyub.
Hesabata görə, Türkiyə 2010-cu ildə 729,1 milyard dollar ilə 17-ci sırada olacaq. Türkiyə bu rəqəmlə böhran əvvəli qeydə alınan 730,3 milyard dollarlıq milli gəliri yenidən əldə etmiş oldu. Ölkənin 2011-ci ildə isə 789,6 milyard dollar milli gəlirə çatması gözlənilir. Türkiyə bununla ilk dəfə Hollandiyanı geridə qoyaraq 16-cı sıraya yüksələcək. Dünya iqtisadiyyatına istiqamət verən ölkələrin sıralamasında gələn ildən etibarən 2015-ci ilə qədər əhəmiyyətli bir dəyişiklik gözlənilmir. Hindistan, Braziliya və Cənubi Koreyanın yükləlişi isə diqqəti çəkir.
BVF-nin hesablamalarına görə, gələn il dünyanın ən böyük üç iqtisadiyyatı 15,1 trilyon dollar ilə ABŞ, 6,4 trilyon dollarla Çin, 5,7 trilyon dollarla Yaponiya olacaq. İlk üç iqtisadiyyat çəkisini 2015-ci ilə kimi saxlayacaq və ABŞ-ın milli gəliri 2015-ci ildə 18 trilyon dollara, Çinin milli gəliri 9,9 trilyon dollara, Yaponiyanın milli gəliri isə 6,5 trilyon dollara çatacaq. Sonrakı yerləri yenə də müvafiq olaraq Almaniya, Fransa və İngiltərə tutacaq. Hindistan 2,4 trilyon dollarla böyüklər siyahısında 9-cu sıraya yerləşəcək. Braziliya 2015-ci ildə 2,8 trilyon dollar, Cənubi Koreya isə 1,4 trilyon dollar milli gəlir əldə edəcək. Türkiyə də 2015-ci ildə ilk dəfə 1 trilyon dollarlıq milli gəlir sərhədini aşacaq. Buna baxmayaraq Türkiyə yenə də17-ci yerdə qalacaq.
BVF-nin hesablamalarına görə, 2010-cu ilin sıralaması:
1. ABŞ 14,6 (trilyon dollar)
2. Çin 5,7
3. Yaponiya 5,3
4. Almaniya 3,3
5. Fransa 2,5
6. İngiltərə 2,2
7. Braziliya 2,0
8. Rusiya 1,4
9. Hindistan 1,4
10. İtaliya 2,0
11. Kanada 1,5
12. İspaniya 1,3
13. Avstraliya 1,2
14. Cənubi Koreya 1,1
15. Meksika 1
16. İndoneziya 695 milyon dollar
17. Türkiyə 729 milyon dollar
18. Hollandiya 770 milyon dollar
19. S. Ərəbistan 434 milyon dollar
20. Tayvan 400
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB