Vilayət Eyvazov: "Reydlər zamanı küçə həyatına məruz qalan 611 azyaşlı müəyyən edilib" - HESABAT

Vilayət Eyvazov: "Reydlər zamanı küçə həyatına məruz qalan 611 azyaşlı müəyyən edilib" - HESABAT

Bu gün Milli Məclisdə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun hesabatı dinlənilib. SİA-nın məlumatına görə, V.Eyvazov bildirib ki, antisosial mahiyyəti və ictimai təhlükəliliyi baxımından bu növ cinaytlərin vaxtında aşkarlanması və qarşısının alınmasına diqqət göstərilir.

Ötən dövrdə görülən işlər barədə məlumat verən milli koordinator deyib ki, 2009-cu ilin may ayından DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin internet saytı, cinayətlərin qurbanlarının və potensial qurbanların müvəqqəti yaşaması üçün sığınacaq və 24 saat ərzində pulsuz xidmət göstərən əlaqə telefonu, həmçinin QHT-lərin əməkdaşları ilə komplektləşdirilmiş "Qaynar xətt" istifadəyə verilib. Sığınacağın normal fəaliyyəti, orada çalışanların maaşlarının ödənilməsi, qurbanların ərzaq, tibbi və s. ləvazimatlarla təmin edilməsi məqsədilə DİN-in büdcəsindən hər il orta hesabla 52 min manat, qurbanlara birdəfəlik müavinətlərin veriməsinə 5 min manatadək vəsait xərclənib.

Ötən il "Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq insan alveri ilə mübarizəyə dair layihələrə 50 min manat qrant ayrılıb. Nazirlər Kabinetinin qərarı ilə cari ilin may ayından insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləği 200 manata çatdırılıb. Ötən dövrdə həmçinin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq həyata keçirilib.

O vurğulayıb ki, İnsan alverinə qarşı görülən işlər sırasında milli fəaliyyət planın icrasına uyğun olaraq QHT-lərlə əlaqədar maarifləndirmə tədbirlərinin icrası üzrə xüsusi proqram əsasında 15 şəhər və rayonda kütləvi tədbirlər təşkil edilərək 152 telefon zəng xidmətinin reklam çarxları, sənədli film nümayiş etdirilib, qaynar xəttin fəaliyyətləri QHT koalissiyası haqqında ətraflı məlumat verilib.

Milli koordinator söyləyib ki, ötən dövr ərzində Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də AMEA-nın insan hüquqları institutunun əməkdaşları tərəfindən, bir sıra QHT nümayəndələri ilə birgə respublikanın 39 şəhər və rayonlarında müxtəlif sahələrdə çalışan insanlar üçün müxtəlif mövzularda seminarlar keçirilib. V.Eyvazov söyləyib ki, cari ilin ötən dövründə polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb edilən 611 azyaşlı müəyyən edilib.

Onun sözlərinə görə Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməyib: "Övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, uşaqlarını hüquqa zidd əməllərə cəlb edən valideynlər barəsində qanunla müəyyən edilmiş tədbirlər görülüb, onların əksəriyyəti proflaktik uçota götürülüb. Beynəlxalq təşkilatların hesabatlarına görə 2009-cu ildə dünyada 12.3 milyon insan bu cinayətlərin qurbanına çevrilmişdir ki, onlardan 56 faizini qadın və qızlar təşkil edir.cinayətlarların insan alverindən əldə etdiyi gəlirlərin miqdarı 18 milyona bərabərdir. 2008-cui illə müqayisədə ötən ilə 56 faiz çox yəni 49 min 105 insan alverinin qurban müəyyən edilib. 2010-cu ilin 9 ayın da həyata keçirilən əməlii profilaktik tədbirlər nəticəsində insanalveri ilə bağlı 63 fakt qeydə alınıb. 5 cinayət qrupu zərərsizləşdirilib bütövlükdə 29 cinayətkar ifşa edilib. Bu cür əməllərə görə, beynəlxalq axtarışa elan edilən şəxslərdən 13 nəfəri interpol tərəfindən tapılaraq istintaq orqanlarına təhvil verilib, hazırda 43 nəfərin axtarışı davam edir. Insan alverinin qurbanı olan 32 nəfərdən 25-i sığınacağı yerləşdirilib, onlara psixoloji yardım göstərilərək cəmiyyətə inteqarsiya olunublar. Onların bir hissəsi işlə təmin edilib. Bu gün Azərbaycan müvafiq mənbə və tranzit ölkədir. Araşdırmalar göstərir ki, insan alverinin qurbanlarının 23 nəfəri Türkiyəyə, 4 nəfəri Birləşmiş Ərəb Əmirliklərinə, 3 nəfəri İrana aparılıb. İctimai mənəviyyat əlaeyhinə olan əməllərlə bağlı 115, o cümlədən fahişəyə cəlb etməyə görə 52, əxlaqsızlıq yuvaları saxlama ilə əlaqədar 63 cinayət aşkarlanaraq onlardan 71 nəfər məsuliyyətə cəlb edilib. Cari ilin qaynar xət dövründə müxtəlif problemlərlə əlaqədar 11min 994 zəng daxil olub",- deyə o qeyd edib.

V.Eyvazov bildirib ki, Azərbaycan üçün insanların məcburi əməyə cəlb olunması xarakterik cinayət sayılmasa da, hesabat dövründə bir analoji cinayət qeydə alınıb: "Azərbaycanın ayrı-ayrı regionlarından gələn vətəndaşların paytaxtda və digər şəhərlərdə sənaye, tikinti və xidmət sahələrində çalışması isə ölkədaxili miqrasiya proseslərinin tərkib hissəsidir. Bu, insanların məcburi istismarı kimi qiymətləndirilə bilməz".

Milli koordinator əlavə edib ki, cari ilin ötən dövründə polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb edilən 611 azyaşlı müəyyən edilib. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənib. Övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, uşaqlarını hüquqa zidd əməllərə cəlb edən valideynlər barəsində qanunla müəyyən edilmiş tədbirlər görülüb, onların əksəriyyəti proflaktik uçota götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə