YAP Yasamal rayon təşkilatında “Bayraq Günü” qeyd edilib

YAP Yasamal rayon təşkilatında “Bayraq Günü” qeyd edilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı Gənclər Birliyində (YAP GB) “Bayraq Günü” münasibəti ilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatı GB-nın sədri Bəxtiyar Nəbiyev açaraq “Bayraq Günü” münasibətilə tədbir iştirakçılarına təbrikini çatdırıb.

B.Nəbiyev bildirib ki, Azərbaycanın dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda qəbul edilib.

Tədbirdə Yasamal rayon YAP GB-nın aktiv gəncləri “Bayraq Günü” ilə bağlı fikirlərini bildiriblər.

Çıxış edən Uğur İmaməliyev, Nərgiz Mirzəyeva, Simarə Məmmədova və Əli Babazadə çıxışlarında qeyd ediblər ki, Prezident İlham Əliyev bu mühüm dövlət atributu ilə bağlı mühüm qərarlar qəbul edib: “Dövlətimizin başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Dövlət Bayrağı Günü təsis olunub, 2010-cu ilin sentyabrında isə möhtəşəm Dövlət Bayrağı Meydanı yaradılıb. Üçrəngli bayrağımız bu gün dünyanın 70-ə yaxın ölkəsində Azərbaycanın müxtəlif statuslu diplomatik nümayəndəlikləri üzərində dalğalanır. Beynəlxalq tədbirlərdə, idman arenalarında qaldırılır və bu, hər bir soydaşımızın qəlbini iftixar hissi ilə doldurur. Xalqımızın ən böyük arzusu bayrağımızın Xankəndində, Şuşada və işğal olmuş digər rayonlarımızda dalğalanmasını görməkdir”.

Sonda çıxış üçün söz YAP GB-nın üzvü Eltac Cəbiyevə verilib. E. Cəbiyev bildirib ki, millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı sevirik və bundan sonra da sevməliyik. Onu bundan sonra da, son damla qanımıza qədər qoruyacaq və uca tutacağıq. Namusumuz, qeyrətimiz, şöhrətimiz olan bayrağımız ucaldıqda biz də ucalacağıq. Azərbaycan Bayrağı daim sülh səmasında dalğalanacaqdır.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkili çəkdirilib.

Daha sonra gənclər Yasamal rayonu ərazisində sakinlərə “Bayraq Günü” münasibəti ilə bayraq hədiyyə ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə