Yaqub Eyyubov: “Azərbaycanla Ukrayna hərbi-texniki və kosmik sferalarda əməkdaşlıq edəcək” - MÖVQE

Yaqub Eyyubov: “Azərbaycanla Ukrayna hərbi-texniki və kosmik sferalarda əməkdaşlıq edəcək” - MÖVQE

Azərbaycanla Ukrayna arasında mövcud olan münasibətlər dinamik şəkildə inkişaf edir. SİA-nın UKRİNFORM agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının 8-ci iclasında Ukrayna baş nazirinin birinci müavini Andrey Klüyev bildirib. O, qeyd edib ki, komissiyanın gedişatında hər iki dövləti maraqlandıran bütün məsələlərə toxunulub və həmin sahələrin gələcək prespektivləri barəsində effektiv əməkdaşlıq haqqında razılaşma əldə olunub.

Ukrayna baş nazirinin birinci müavininin sözlərinə görə, Ukrayna ilə Azərbaycan arasında böyük potensial mövcuddur: "Belə ki, 2010-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi böhrankı dövrlə müqayisədə 2.6 dəfə artıb. Carı ilin yeddi ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 881.6 mln ABŞ dollar təşkil edib".

Eyni zamanda Hökumətlərarası komissiyanın həmsədri, Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov çıxışında isə Ukraynanın Azərbaycan üçün əsas strateji tərəfdaş ölkə olduğunu söyləyib. Hökumətlərarası komissiyasının 8-ci iclasını çox səmərli keçdiyini bildirən Y.Eyyubov qeyd edib ki, tərəflər müxtəlif sahələrdə o cümlədən hərbi-texniki və kosmik sferalarda əməkdaşlıq etməyi razılaşdırıb.

Azərbaycanın baş nazirinin birinci müavini həmçinin yaxın gələcəkdə iki ölkə arasında 2011-2015-ci illəri əhatə edən inkişaf proqramının hazırlanacağınıda bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə