Siyavuş Novruzov: “Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş 45 YAP üzvündən 15-i namizədliyini geri götürüb” - MÜNASİBƏT
Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı ilə parlament seçkilərinə qatılan namizədlərin reklam plakatları, onların təbliğat-təşviqat materialları eyni formada çap olunacaq. SİA-nın verdiyi xəbərə görə, bu barədə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov jurnalistlərə verdiyi açıqlamasında deyib.
Millət vəkili bildirib ki, materiallar eyni mətbəədə çap ediləcək və bu işlər YAP-ın mərkəzləşmiş hesabından maliyyələşdiriləcək. Onun sözlərinə görə, reklamlar eyni zamanda qanunvericiliklə icazə verilən KİV-də aparılacaq: "Amma eyni zamanda istənilən şəxs başqa mətbəələrdə bukletlər, təqvimlər və bu kimi reklam vasitələri çap etdirə bilər".
Açıqlaması zamanı partiyanın namizədlərinin qeydə alınması ilə bağlı sualı da cavablandıran S.Novruzov: "YAP deputatlığa 115 namizəd təqdim edib. Bunlardan 113-nün namizədliyi qeydə alınıb, 2 nəfər namizədliyindən özü imtina edib. Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş 45 YAP üzvündən 15-i namizədliyini geri götürüb, qalan 30 nəfərdən 16-nın namizədliyi qeydə alınmayıb. Üç-dörd nəfərin namizədliyi isə qeydiyyatdan keçib", - deyə qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB