Milli Məclisin payız sessiyasının son plenar iclası öz işinə başlayıb
Milli Məclisin payız sessiyasının son plenar iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 5 məsələ daxil olub. Belə ki iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi, "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası qanununlarına, " Məhkəmələr və hakimlər haqqında" qanununa əlavə və dəyişikliklər ediləcək, "İnvestisiya fondları haqqında qanun layihəsi II oxunuşda müzakirə olunacaq.
Iclası giriş sözü ilə açan spiker Oqtay Əsədov gündəliyə daxil olan layihələr haqqında məlumat verib. O bildirib ki, gündəliyə daxil olan 2 qanun Milli Məclisə prezident tərəfindən daxil olub.
Iclası giriş sözü ilə açan spiker Oqtay Əsədov gündəliyə daxil olan layihələr haqqında məlumat verib. O bildirib ki, gündəliyə daxil olan 2 qanun Milli Məclisə prezident tərəfindən daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB