Ermənistan ordusundakı “dedovşina” Avropada nümayiş olunub, hakim partiya isə vəziyyətdən narahatdır
Fransanın "Europe1" radiostansiyası Ermənistan ordusu ilə bağlı yayılmış qalmaqallı videoçarx barədə material hazırlayıb. SİA-nın "Armtoday" agentliyinə istinadən verdiyi xəbərə görə, iki əsgərin alçaldılmasının yer aldığı videogörüntülərdən danışan şərhçi bildirib ki, İnternet vasitəsilə yayılan kadrlar yolverilməz hadisənin üzə çıxmasına kömək edib.
Eyni zamanda Ermənistanın hakim koalisiyasına daxil olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Surakyan isə Ermənistan ordusunda baş verənləri çox pis qiymətləndirdiyini bildirib. O, ordudakı vəziyyəti öyrənmək üçün xüsusi komissiyanın yaradılmasını vacib sayır. "Orduda qanun və nizam-intizam olmalıdır. Araşdırma aparılmalı, günahkarlar cəzalandırılmalıdır".
Qeyd edək ki, son zamanlar Ermənistanın hakim koalisiyasında ciddi fikir ayrılığının olduğuna dair xəbərlər səngimir. Xüsusilə indi ordudakı durumu tənqid edən Surakyanın prezident Serj Sarkisyanın Respublika Partiyası ilə gərginlik yaşandığı bildirilir.
Onu da qeyd edək ki, Ermənistan ordusunun indiki durumunu əks etdirən və "YouTube" portalında sentyabrın 11-də yerləşdirilmiş dəhşətli faktlar internet istifadəçilərini şoka salıb. Videoçarxda erməni zabitinin 2 gənc əsgəri təhqir etdiyi aydın görünür. Rütbəcə böyük olan hərbçilər əsgərlərin əvvəlcə qulaqlarını dartır, daha sonra sillələyir və boyun nahiyəsinə su tökür. Erməni internet istifadəçiləri bildirirlər ki, bu alçaldıcı hadisə məhz Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda baş verib.
Sonradan Ermənistanın Müdafiə Nazirliyi videoçarxdakı şəxslərin müəyyən edildiyi barədə məlumat yaydı. Məlumata görə, əsgərləri alçaldan şəxs batalyon komandirinin müavini, mayordur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB