Mediada kriminal hadisələrin işıqlandırılması müzakirə olunacaq

Mediada kriminal hadisələrin işıqlandırılması müzakirə olunacaq

Sabah Beynəlxalq Mətbuat Mərkəzində “Mediada kriminal hadisələrin işıqlandırılması: ictimai maraqlar və peşəkarlıq” mövzusunda konfrans keçiriləcək.

SİA-nın verdiyi məlumata görə, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçiriləcək toplantıda Şuranın İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, ali məktəblərin jurnalistika fakültələrinin müəllimləri və rəsmi şəxslər iştirak edəcəklər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə