9 oktyabr tarixi bütün dünyada poçt sahəsi işçilərinin peşə bayramı kimi qeyd olunur. Məhz bu gündə 1874-cü ildə dünyanın əsas beynəlxalq poçt təşkilatı – Ümumdünya Poçt İttifaqı (ÜPİ) yaradılıb. Peşə bayramının qeyd olunması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətində bu günlərdə bir sıra hazırlıq tədbirləri görülür. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müvafiq Tədbirlər Planına uyğun olaraq ötən həftə ölkənin bütün poçt şöbələrinin ətraf ərazilərində səliqə-sahman və abadlıq yaradılması məqsədilə iməciliklər təşkil olunub.
Bayram münasibətilə ÜPİ-nin üzvü olan ölkələrə, eləcə də təşkilatın rəhbərliyinə təbrik məktubları göndərilib. Təbrik teleqramları həmçinin Azərbaycanın veteran poçt işçilərinə də göndəriləcək.
Bu gün Göygöl rayonun Aşıqlı və Şəhriyar, eləcə də Daşkəsən rayonunun Quşçu və Əmirvar kəndlərində bütün lazımi müasir avadanlıqla təchiz edilən yeni poçt şöbələri açılacaq.
Oktyabrın 9-da isə Ümumdünya Poçt İttifaqının yaradılmasının 136-cı ildönümü münasibətilə respublikanın bütün poçt şöbələrində bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Azərpoçt MMC-nin inzibati binasında əl işləri sərgisi təşkil olunacaq. Bayram tədbirlərinə həmçinin işlərində fərqlənən poçt əməkdaşlarının fərmanlarla təltif edilməsi və mükafatlandırılması daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB