ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 8-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
SİA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB