Prezident İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə telefonla zəng edib. Prezidentin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dövlətimizin başçısı Vladimir Putinə ad günü münasibətilə təbriklərini çatdırmış, ona fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.
Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB