Gənə şəhər Dövlət Yol Polisi əməkdaşları genişmiqyaslı reydlərə başlayacaq. Bu barədə SİA-nın bölgə müxbirinə qurumun Təbliğat və Təşviqat üzrə inspektoru Etibar Bağırov məlumat verib. Onun sözlərinə görə, reydlərdə sərnişindaşımada ciddi nöqsanlara yol verən sürücülər aşkar edilərək cərimələnəcək.
"Gəncədə istər mikroavtobus, istərsə də avtobuslarla sərnişin daşıyan sürücülər ciddi nöqsanlara yol verirlər. İstədikləri yerlərdə avtomobillərini saxlayırlar, sərnişin götürürlər ki, bu da tıxaclara səbəb olur. Bundan əlavə apardığımız müşahidələr göstərir ki, bəzi sürücülər yol hərəkəti qaydalarını bilərəkdən pozur. Belə halların aradan qaldırılması istiqamətində sərt tədbirlər görüləcək", E.Bağırov deyib.
Xatırladaq ki, cari ilin müvafiq dövrü ərzində aparılan yoxlamalar zamanı qanun pozuntularına yol verən sərnişindaşıma ilə məşğul olan təxminən 20-ə yaxın sürücü qanunun tələblərinə uyğun olaraq cərimələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB