TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Qırğızıstana gedib

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Qırğızıstana gedib

7 oktyabr 2010-cu il tarixində TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 10 oktyabr 2010-cu il tarixində Qırğızıstanda keçiriləcək seçkiləri müşahidə etmək məqsədi ilə Qırğızıstana yola düşüb. SİA-nın məlumatına görə, missiyanın tərkibinə Azərbaycan, Qazaxstan və Türkiyə Parlamentlərinin millət vəkilləri, həmçinin TÜRKPA Beynəlxalq katibliyinin əməkdaşları daxildir.

Səfər çərçivəsində TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası Bişkek və ətraf rayonlarda seçki öncəsi təbliğat prosesini və seçkilər günü səsvermə prosesini müşahidə edəcək.

Seçkilərdən sonra TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası seçkilərin yekunlarına dair Bişkek şəhərində mətbuat konfransı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə