Ermənistanda daha bir rüşvətxor həbs olundu

Ermənistanda daha bir rüşvətxor həbs olundu

Ermənistanda “Razdan” islah-əmək müəssisəsinin əməliyyat qrupunun rəhbəri Vaqe Axonyan rüşvətə görə həbs olunub. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, o, 2015-ci ildə 1500 dollar rüşvətin alınmasında vasitəçilik edib.

V.Axonyana qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Onun cinayət işi Yerevanın Arabkir və Kanaker-Zeytun rayonlarının ümumi məhkəməsinə göndərilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə