Partiya sədri kimi “ziqzaqlı adam” adlandırdı? EKSKLÜZİV

Partiya sədri kimi “ziqzaqlı adam” adlandırdı? EKSKLÜZİV

Əhməd Oruc: “Rəsul Quliyevin gəlməsi lehinə yox, gəlməsi əleyhinə şərtlər daha çoxdur”

“Seçkilər öncəsi hər hansı bir şəxsin siyasi mövqeyindən asılı olmayaraq, məqsəd və məramlarını ortaya qoymaları normal bir haldır. Bu baxımdan, Rəsul Quliyev də hər seçkilərdən qabaq bənzər fikirlərlə çıxış edir”. Bi fikirləri SİA-ya “Azadlıq” Partiyasının sədri Əhməd Oruc sabiq spikerin son vaxtlar fəallaşmasına və 2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkilərində iştirak etməsi üçün ölkəyə qayıdacağı iddialarına münasibətini bildirərkən deyib.

Partiya sədri buna baxmayaraq, Rəsul Quliyevin öz iddiasını reallaşdıra billməyəəcəyini deyib və bildirib ki, əslində onun Azərbaycana geri dönməsini əngəlləyən bir sıra faktlar mövcuddur: “Bu, onun haqqı olsa da onu da uunutmamalıyıq ki, 1996-cı ildən artıq 21 il keçib və ötən illər ərzində göstərdiyi fəaliyyətini nəzərdən keçirərsək, Rəsul Quliyevin gəlməsi lehinə yox, gəlməsi əleyhinə şərtlər daha çoxdur. İlk növbədə əgər ölkəyə gələrsə, ona cinayət işi açılacaq, digər tərəfdən, qanunlara görə prezidentliyə namizəd son on ili ölkə ərazisində yaşayan vətəndaşlar olmalıdır”.

Əhməd Oruca görə, sabiq spikeri heç müxalif kəsim də dəstəkləmək fikrində deyil: “Səbəb isə Rəsul Quliyevin müxalifətin SİDSUH dövründə və daha sonrakı dövrlərdə yaradılmış qurumlarda, o cümlədən “Milli Şura”da təmsil olunmasıdır ki, sonradan o, həmin təşkilatlardan və əməkdaşlıq etdiyi siyasilərdən münasibətini soyudaraq aralanıb, eləcə də tərəflər arasında kəskin münasibətlər yaşanıb. Ümumiyyətlə, Rəsul Quliyev xarakterində çoxsaylı ziqzaqları olan bir adamdır. Ona görə də mən inanmıram ki, Rəsul Quliyev prezident seçkilərinə qatılması üçün ölkəyə qayıtsın. Hətta qayıdarsa belə, müxalif kəsimin ona dəstək verəcəyi inandırıcı deyil”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə