Parlamentdə “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib
Bu gün Milli Məclisin Elm və təhsil, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə edilib. SİA-nın məlumatına görə, iclası aparan Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, gələn ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutulan xərclər və gəlirlər düşünülmüş və elmi cəhətdən əsaslandırılmış proqnozlara əsaslanır. 2011-ci ilin dövlət büdcəsinin layihəsini olduqca ehtiyatlı büdcə kimi xarakterizə edən komitə sədrinin sözlərinə görə, bu ondan xəbər verir ki, gələn il büdcənin gəlir və xərclərin yerinə yetirilməsində heç bir problem olmayacaq: "Çünki gəlir və xərclər reallığa əsaslanır. Ümumiyyətlə, layihədəki bütün rəqəmlər göstərir ki, ölkəmizin inkişaf dinamikası 2011-ci ildə də yüksək templə davam edəcək. Respubllikamızda 2011-cü il üçün gözlənilən ümumi daxili məhsul istehsalı bütövlükdə Gürcüstan və Ermənistandan dəfələrlə çoxdur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir".
Şəmsəddin Hacıyev gələn ilin dövlət büdcəsinin layihəsində sosialyönümlülüyün saxlanmasını, o cümlədən elm və təhsil xərclərinin artırılmasını yüksək qiymətləndirib. Qeyd olunub ki, elm və təhsil xərclərinin 4,3 faiz artırılması nəzərdə tutulur. Xüsusən təhsil sahəsində nəzərdə tutulan dövlət proqramların həyata keçirilməsi, xaricdə təhsil almaq üçün büdcədəni lazımi səviyyədə vəsaitin ayrılması planlaşdırılır. Elm xərclərinin də qənaətbəxş olduğunu deyən Şəmsəddin Hacıyev onu da əlavə edib ki, komitənin elm və təhsillə bağlı bir sıra təklifləri də var.
Şəmsəddin Hacıyev nitqinin sonunda bildirib ki, 2011-ci ilin dövlət büdcəsinin layihəsi dövlət büdcəsi haqqında qanunvericiliyə uyğun hazırlanıb və onun reallaşması növbəti ilə respublikanın inkişafına böyük təkan verəcək.
İclasda iştirak edən Azərbaycan Respublikasının mədəniyyət və turizmi naziri Əbülfəs Qarayev bildirib ki, 2006-2010-cu illərdə respublikamızda dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan xərclər 2,8 dəfə artıb. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin ölkə mədəniyyətinin inkişafına, onun dünyada təbliğinə, tarixi mədəniyyət abidələrinin bərpasına göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir: "Gələn ilin dövlət büdcəsi layihəsində isə mədəniyyət xərclərinin cari illə müqayisədə 13 faiz artırılması nəzərdə tutulur. Ümumiyyətlə, layihədə növbəti il üçün respublikamızda planlaşdırılan bütün mədəni tədbirlər üçün lazımi səviyyədə vəsait ayrılıb. Xərclər bütün mədəni tədbir və proqramların həyata keçirilməsinə imkan verəcək".
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə gələn ilin dövlət büdcəsi layihəsini yüksək qiymətləndirərək onun respublikamızın inkişaf göstəricilərini özündə əks etdirdiyini deyib. Komitə sədrinin sözlərinə görə, büdcə layihəsi Milli Məclisin plenar müzakirəsinə çıxarıla bilər. Bununla belə Arif Rəhimzadə dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin artırılması təklifini irəli sürüb.
Maliyyə Nazirliyinin idarə rəisi Xəqani Rzayev 2011-ci ilin büdcə layihəsinin gəlir və xərcləri ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, gələn ilin dövlət büdcəsində gəlirlər 12 milyard 61 milyon manat həcmində nəzərdə tutulur. Bu cari illə müqayisədə 4,8 faiz çoxdur. Xərclərin isə 12 milyard 748 milyon manat olması planlaşdırılır ki, bu da 2010-cu illə müqayisədə 3,9 faiz artıqdır. Büdcə layihəsində sosialyönümlülük prioritet istiqamət kimi saxlanılacaq. Belə ki, gələn il üçün sosial xərclər ümumi xərclərin 33,3 faizini təşkil edəcək.
İclasda iştirak edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev və digərləri layihə ilə bağlı fikirlərini bildiriblər.
Yekunda "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub. Millət vəkilləri Abel Məhərrəmov, Fəttah Heydərov, xalq artisti Rasim Balayev və digərləri də büdcə layihəsinə öz təkliflərini veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB