“Şagirdləri əlavə dərslik və dərs vəsaiti ilə yükləməyə heç kimin haqqı yoxdur”-AÇIQLAMA
Azərbaycan hökumətinin təsdiq etdiyi dövlət standartı var və orada dəqiq göstərilir ki, hər sinifdə hansı fənn neçə saat tədris olunmalıdır. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərin suallarını cavblandıran təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, bu standartlara uyğun olaraq da dərsliklər hazırlanır və bütün dərsliklər pulsuzdur. Onun sözlərinə görə, şagirdləri əlavə dərslik və dərs vəsaiti ilə yükləməyə heç kimin haqqı yoxdur: "Əsas vəzifə odur ki, standartlara uyğun hazırlanmış dərslik və dərs vəsaitlərindən istifadə olunsun. Uşaqlar isə yalnız dərsliklərdən istifadə etməlidirlər. Dərs vəsaitləri isə müəllimlər üçündür".
Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, buraya qanunsuz qəbul olunanların sayı 1000-dən çoxdur. Nazirin sözlərinə görə, təhsil nazirliyi onların taleyini həll etməkdə çətinlik çəkir, çünki bu onun imkanım daxilində deyil: "Universitet rəhbərliyimin taleyinə də biz baxmırıq. Biz Təhsil Nazirliyi olaraq universitetin fəaliyyətini dayandırmışıq. ABU-da qanuni təhsil alan tələbələri digər özəl ali məktəblərə yerləşdirmişik. Digərləri ilə biz məşğul deyilik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB