“Monteneqronun baş naziri və parlament sədrinin Azərbaycana səfərləri hazırlanır”. SİA-nın verdiyi məlumata görə, bunu Monteneqronun xarici işlər naziri Srcan Darmanoviç bugün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, rəsmi Monteneqro siyasi dialoqu davam etdirmək niyyətindədir: “Azərbaycan bizim üçün strateji tərəfdaşdır. Azərbaycan qazının Monteneqro sərhədinə qədər tədarükü ilə bağlı layihə var və bu strateji əməkdaşlığımızı genişləndirir. Əməkdaşlığımızın, o cümlədən təhsil, kənd təsərrüfatı, turizm və bir sıra başqa sahələrdə, inkişafı üçün hər cür imkan var”.
O, Monteneqronun TAP layihəsində də maraqlı olduğunu qeyd edib: "Layihəni və onun mümkün genişləndirilməsi imkanını izləyirik, layihənin çoxvektorlu xarakterini dəstəkləyirik".
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edən nazir ölkəsinin münaqişələrin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb: "Bu prosesdə BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in rolunu dəstəkləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB