XİN rəhbəri: "Azərbaycan Monteneqronun strateji tərəfdaşdır"

XİN rəhbəri: "Azərbaycan Monteneqronun strateji tərəfdaşdır"

"Azərbaycan Monteneqronun strateji tərəfdaşdır". SİA-nın verdiyi məlumata görə, bunu Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü zamanı bildirib

"Biz konstruktiv dialoq, münaqişələrin sülh yolu ilə həllinə tərəfdarıq. Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun fəaliyyəti və BMT qətnamələri nəzərə alınmaqla həllinə tərəfdarıq. Azərbaycan qazının sərhədimizə çatdırılması layihəsi bizim üçün qaz mənbələrinin diversifikasiyası imkanı yaradacaq, iqtisadi əlaqələr genişləndiriləcək"- deyə, Sercan Darmanoviç fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə