XİN rəhbəri həmsədrlərlə görüşəcək

XİN rəhbəri həmsədrlərlə görüşəcək

Azərbaycan XİN rəhbərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü noyabrın 16-da gözlənilir.

SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan monteneqrolu həmkarı Srcan Darmanoviçlə birgə mətbuat konfransı zamanı jurnalistlərə deyib.

Xarici işlər nazirinin sözlərinə görə, görüşün Moskvada keçirilməsi nəzərdə tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə