“Soros Fondu ölkələrə xarabazarlıq gətirən bir fond kimi tanınır” AÇIQLAMA

“Soros Fondu ölkələrə xarabazarlıq gətirən bir fond kimi tanınır” AÇIQLAMA

“Soros Fondu dünyada sabitliyi pozan, ölkələrə viranəlik, xarabazarlıq gətirən bir fond kimi tanınır. Qərbin əlində inqilabları maliyələşdirən bir təşkilat rolunu oynayır. Hansı ölkəyə təzyiq etmək istəyirlərsə və yaxudda hansı ölkədə inqilab etmək istəyirlərsə, Soros Fondunun imkanlarından istifadə edirlər”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, sabitili pozmaq, ölkə daxilində müxtəlif təxribatların maliyyələşməsini bu təşkilat vasitəsi ilə həyata keçirdirlər: “Buna görə də, bu gün bir sıra ölkələr bu fondun fəaliyyətinə ölkələrində qadağa qoyurlar. Azərbaycanda da müxtəlif təxribatların həyata keçirilməsində müəyyən rol oynamağa cəhd ediblər. Lakin ölkənin siyasi rəhbərliyinin çevik siyasəti nəticəsində heç bir iş görə bilməyiblər. Soros Fondu öz əlaltılarını vətəndaş cəmiyyətinin rəhbərliyində, siyasi partiyaların rəhbərliyində, mətbuat nümayəndələrinin rəhbərliyində tapırlar. Onları öz təsirlərinə alırlar, küllü miqadarda maliyyə vəsaitləri verirlər və lazım olan məqamda həmin şəxslərdən istifadə edirlər. Azərbaycanda bir sıra şəxslər var ki, adı çəkilən fondun ələ aldığı şəxslərdir. Bunların da əsas məqsədi nəyin bahasına olursa-olsun, Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır. Təbii ki, bu qüvvələrə cəmiyyət dəstək vermir və bu səbəbdən də onlar hər hansı bir addım ata bilmirlər. Ən başlıca səbəb isə, cənab Prezidentin apardığı rasional siyasətdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə