Məmməd Əlizadə: “AXCP-Müsavat” mitinq keçirməklə cəmiyyətdə qarşıdurma yaratmaq istəyir”
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qarşıdan gələn parlament seçkilərinə irəli sürdüyü namizədlərin hamısı imza vərəqələrini və digər zəruri sənədləri dairə seçki komissiyalarına təhvil verib. SİA-ya açıqlamasında bu haqda partiyanın sədri Məmməd Əlizadə məlumat verib.
13 nəfərin namizədliyinin qeydə alındığını deyən DADP sədri ilkin olaraq irəli sürdüyü 76 namizəddən hal-hazırda 62-nin prosesi davam etdirdiyini bildirib. Namizədlərdən 14-nün geri çəkildiyini deyən M.Əlizadə bu yerləri Yeni Azərbaycan Partiyasının xeyrinə güzəştə getdiyini qeyd edib: "Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalan iqtidarın yanındayıq. Ola bilər ki, yerlərin Yeni Azərbaycan Partiyasına güzəştə gedilməsi prosesi seçki kampaniyasının ikinci mərhələsində də davam etsin".
"AXCP-Müsavat" siyasi partiyalar blokunun oktyabr ayının 10-na təyin etdiyi mitinqə də münasibət bildirən DADP sədri bu mitinqin qanunsuz olduğunu söyləyib. Partiya sədrinin sözlərinə görə, mitinqin keçirilməsində əsas məqsəd insanlar arasında çaşqınlıq, qarşıdurma yaratmaqdır: "Əsas məqsəd cəmiyyətdə xaos yaratmaqdır. Pozucu işini davam etdirmək istəyirlər. Hər şeyi də sivil şüurla ölçülməməlidir. "AXCP-Müsavat"ın fəaliyyəti əslində kütlənin şüuruna yönəlib. Hesab edirəm ki, polisin fəaliyyəti gücləndirilməli, qanun pozucuları sərt cəzalandırılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB