"BTQ-nin uğurla həyata keçirilməsi düşmənlərimizə sarsıdıcı zərbə oldu" AÇIQLAMA

"BTQ-nin uğurla həyata keçirilməsi düşmənlərimizə sarsıdıcı zərbə oldu" AÇIQLAMA

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Azərbaycanın iqtisadi-siyasi həyatında tarixi bir hadisədir. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olan bu layihə digər layihələr kimi ölkənin beynəlxalq nüfuzunu yüksəltməklə iqtisadiyyatımızın inkişafına mühüm töhfə verəcək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputatın sözlərinə görə, bu dəmir yol xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi bütün dünyaya Azərbaycanın müstəqil iqtisadi siyasət yeritdiyini və ən mühüm layihələr həyata keçirmək iqtiradında olduğunu bir daha sübut etdi: “Avropanı Asiya ilə əlaqələndirən bu dəmir yolu xətti Azərbaycanı qitələrin tranzit mərkəzinə çevirməklə bərabər, Çin-Avropa məsafələrini qısaldacaq, yük və sərnişin daşımalarının miqdarını xeyli artıracaq, vaxtı və xərcləri azaltmaqla ölkələrə külli miqdarda mənfəət gətirəcək. BTQ-nin çəkilməsi Azərbaycan, Türkiyə və Gürcüstanın birliyinə, iqtisadi vəziyyətlərinin yaxşılaşmasına, xalqlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə mühüm töhfə verəcək. Sözsüz ki, Azərbaycan bu layihədən daha çox bəhrələnəcək, çünki ölkəmiz bu xəttin çəkilməsinin təşəbbüskarı olmaqla, həm də layihənin maliyyələşdirilməsinin, işlərin vaxtında və keyfiyyətlə aparılmasının əsas təşkilatçısı olub”.

T.Kərimli qeyd edib ki, BTQ dəmiryolu layihəsinin uğurla həyata keçirilməsi həm düşmənlərimizə, həm də bu layihənin reallaşdırılmasına mane olanlara sarsıdıcı zərbə oldu: "Ermənistan çox mühüm bir layihədən kənarda qalmaqla iqtisadi vəziyyətini daha da çətinləşdirdi".

Qeyd edək ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə