Akif Əlizadə: "BTQ-nin açılışı Azərbaycanın geosiyasi mövqeyinin nə qədər möhkəmləndiyini bir daha göstərdi"
"Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın beynəlxalq aləmdəki geosiyasi mövqeyinin nə qədər möhkəmləndiyini bir daha göstərdi"
SİA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bugünkü iclasında çıxış edərkən deyib.
O qeyd edib ki, bu layihə Azərbaycanın Avropaya və "İpək yolu"na çıxışını təmin edən əsas vasitələrdən biridir: "BTQ-nin açılışı möhtəşəm və tarixi hadisədir. Bu, XXI əsrin qələbəsidir".
Qeyd edək ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB