Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)-nin baş ofisində Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovla Böyük Britaniyanın Heriot Watt Universitetinin Bakalavr və magistr şöbəsinin müdiri Andrea Şvedlerlə görüş olub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonaqları səmimi salamlayan Xaliq Məmmədov son illər ARDNŞ-də təhsil proqramları çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib, şirkətdə aparılan kadr siyasətindən danışıb.
Azərbaycana səfərinin məqsədini açıqlayan Andrea Şvedler ARDNŞ-lə təhsil sahəsində əməkdaşlıq əlaqələrini genişləndirməkdə və gələcəkdə Təqaüd Proqramı üzrə xaricdə təhsil alacaq tələbələrin təmsil etdiyi universitetə cəlb edilməsində maraqlı olduqlarını bildirib. O, Heriot Watt Universitetinin nəzdində fəaliyyət göstərən məktəblər, həmin məktəblərdə həyata keçirilən təhsil proqramları, tələbələr üçün yaradılan şərait, eləcə də dünyanın bir çox neft-qaz şirkətləri ilə qurulan əlaqələrdən danışıb, ARDNŞ və Heriot Watt Universiteti arasında əməkdaşlıq perspektivlərindən, bu istiqamətdə görülə biləcək işlərdən söz açaraq konkret təkliflərini söyləyib. Qonaq təmsil etdiyi universitetdə bakalavr, magistr və ixtisasartırma kurslarında azərbaycanlı tələbələrin iştirakının səmərəli olacağına ümid etdiyini bildirib.
X.Məmmədov ARDNŞ-nin həyata keçirdiyi Təqaüd Proqramı barədə ətraflı bəhs edərək bu sahədə əldə olunan uğurlardan danışıb. X.Məmmədov qeyd edib ki, dünyanın ən nüfuzlu universitetlərilə əməkdaşlıqda maraqlı olan ARDNŞ həyata keçirdiyi Təqaüd Proqramı çərçivəsində 100-dən artıq tələbənin xaricdə təhsilini maliyyələşdirir. O, bildirib ki, neft ixtisasları üzrə müasir biliklərə yiyələnən mütəxəssislərin hazırlanmasında böyük təcrübəyə malik Heriot Watt Universiteti ARDNŞ-ə yaxşı tanışdır. Belə ki, artıq Şirkətimizin bir təqaüdçüsü bu universitetdə "qazma" ixtisası üzrə təhsilini müvəffəqiyyətlə başa vurub. Gələcəkdə də ARDNŞ üçün yüksək ixtisaslı kadrların hazırlanması işində Heriot Watt Universiteti ilə səmərəli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi məqsədəuyğundur. Onun sözlərinə görə, bu məqsədlə şirkətin Təqaüd Proqramı çərçivəsində həm bakalavr, həm magistr, həm də ixtisasartırma sahələrində mövcud əməkdaşlıq imkanlarını reallaşdırmaq mümkündür.
Görüşün sonunda ARDNŞ-nin vitse-prezidenti Azərbaycan və ingilis dillərində nəfis şəkildə nəşr edilmiş "Azərbaycan nefti" kitabının universitetin kitabxanasına hədiyyə nüsxəsini qonağa təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB