Türkiyənin baş naziri: “Türkiyəni istəmirsinizsə, bunu birbaşa deyin” - MÖVQE
"Türkiyəni istəmirsinizsə, bunu birbaşa deyin". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi tərəfindən Türkiyənin bu quruma tamhüquqlu üzv olmasına dair danışıqların uzadılmasına münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, Avropa Birliyi Ankaranın quruma qəbulu prosesini çətinləşdirmək məqsədi ilə bəhanə axtarır: "Avropa İttifaqı bizə yox demir, lakin müxtəlif cür bəhanə və formullar uydurur".
Türkiyəli baş nazir ölkəsinin quruma qəbulu ilə bağlı AB-nin müəyyən qərar verməsini istəyib: "Türkiyə hökuməti dəfələrlə bəyan edib ki, Avropa Birliyə daxil olmaq Ankaranın strateji məqsədidir".
Qeyd edək ki, Türkiyənin bu quruma tamhüquqlu üzv olmasına dair danışıqlar 2005-ci ildən etibarən başlayıb. Lakin Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikolya Sarkozi dönə-dönə Türkiyənin "Avropa ailəsi"nə daxil olmasının əleyhinə çıxış edib. Bunun əvəzində onlar Türkiyəyə imtiyazlı tərəfdaş statusu təklif edib. Ankara isə bu təklifi rədd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB